Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon icra hakimiyyəti başçısının Sumqayıtda məskunlaşan zəngilanlı məcburi köçkünlərlə səyyar qəbulu keçirildi

14 may 2019 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu Sumqayıt şəhəri, 26-cı kvartal, bağlar massivi ərazisində məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi.
Qəbul zamanı rayon rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə görülən işlərdən geniş bəhs edərək  Azərbaycanın bundan sonra da böyük uğurlara imza atacağına əminliyini ifadə etdi.
Daha sonra sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətlər dinlənildi.
Ölkəmizdə olan sabitliyə, inkişafa və məcburi köçkünlərə göstərilən diqqətə görə sakinlər ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər  və onları narahat edən bəzi çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Sakinləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara tapşırıqlar verərək müsbət həll üçün lazımi tədbirlərin görüləcəyini bildirdi.

Keçidlər