Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş tədbir keçirildi

10 may 2019 | 16:00

10 may 2019-cu il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü  ilə Azərbaycan Respublikasının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Zəngilan  Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, RİH-in məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının və idarələrinin rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ümummili Liderin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edildi.
Daha sonra  aparıcı  Ulu Öndərin xalqımıza göstərdiyi misilsiz xidmətlərindən danışdı. Bu gün hər birimiz dahi rəhbərin qurub yaratdığı, dünyaya tanıtdığı müasir, müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik.
Ümummili lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tədbir geniş konsert proqramı ilə davam etdirildi.

Keçidlər