Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirildi

04 may 2019 | 16:00

04 may  2019-cu il tarixində Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı  keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağəli Əhmədov, RİH başçısı aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, idarə-müəssisə, aidiyyəti təşkilat rəhbərləri, ərazi nümayəndəlikləri və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər. İlk öncə rayon rəhbəri və qonaqlar Ulu Öndər Heydər Əliyevin Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Zəngilan RİH başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətini, dövlət başçısının tapşırıq və tövsiyyələrini əməli fəaliyyətində rəhbər tutan Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırıldığını, sosial-iqtisadi sahədə görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi.
Rayon rəhbəri çıxışında 2019-cu ilin ölkəmiz üçün uğurlu il olduğunu, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, qarşıya qoyulmuş bütün vəzifələrin icra edildiyini bildirdi.
Zəngilan rayon İcra Hakimiyyəti, 2019-cu il ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı müəyyən işlər görmüş və bir sıra tədbirlər həyata keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı R.Həsənov məruzəsinin sonunda zəngilanlıların həmişə olduğu kimi, bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşəcəyinə, bütün sahələrdə öz işlərini onun apardığı məqsədyönlü siyasətin tələbinə uyğun quracaqlarına əminliklə ifadə etdi. Hesabat yığıncağına Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov yekun vuraraq bildirdi ki, 2019–cu ildə də dövlət başçısı cənab İlham Əliyevin layiqli və uğurlu siyasəti ilə uğurlarımıza yeni uğurlar qatılacaq və nailiyyətlərimiz daha çox olacaqdır.
Rayon rəhbərinin məruzəsindən sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağəli Əhmədov, Mərkəzi rayon xəstəxanasının baş həkimi Tariyel Salmanov, Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət  Səmədov  çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışdılar.

Keçidlər