Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Zabrat qəsəbəsində məskunlaşan zəngilanlı məcburi köçkünlərlə görüşdü

15 aprel 2019 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Zabrat qəsəbəsində yerləşən Bakı maşınqayırma zavodunun 2 saylı  yataqxanasında məskunlaşan  zəngilanlı məcburi köçkünlərlə görüşdü. Görüş zamanı RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı. Daha sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətləri dinlədi və  ayrı-ayrı sahələrə dair qeyd edilmiş məsələlərin həlli üçün mümkün tədbirlərin görüləcəyini bildirdi.
Sakinlərin yaşayış yerləri, həyat şəraitləri ilə maraqlanan rayon rəhbəri onlarla geniş söhbət apardı.

Keçidlər