Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Təhlükəsizlik Xidmətinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirildi

27 mart 2019 | 16:00

Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncam ilə hər il mart ayının 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. Bu münasibətlə Zəngilan rayon icra hakimiyyəti Dövlət Təhlükəsizlik Xidmətinin yaranmasının 100 illiyi münasibətilə İcra hakimiyyətinin akt zalında tədbir keçirdi.
Tədbirdə Zəngilan rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov, Dövlət Təhlükəsizlik Xidmətinin Zəngilan Rayon İdarəsinin əməkdaşları, hüquq mühafizə orqanları, idarə-müəssisə, aidiyyəti təşkilat rəhbərləri, ərazi nümayəndəlikləri və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər. İlk öncə rayon rəhbəri və qonaqlar Ulu Öndər Heydər Əliyevin Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər. Rayon İcra hakimiyyətinin başçısı çıxış edərək Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan ətraflı danışdı.
Sonda xidmətdə fərqlənmiş Dövlət Təhlükəsizliyi Xidmətinin Zəngilan Rayon Şöbəsinin bir sıra əməkdaşları Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.

Keçidlər