Şriftin ölçüsü :

Saytın rəngi :

“Dalğalan, ey Bayrağım” adlı Rəsm Müsabiqəsi keçirildi

13 noyabr 2018 | 16:00

Zəngilan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəbliləri arasında rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin yaradıcılıq imkanlarının aşkarlanması, milli atributlarımızın təbliğ edilməsi və şagirdlərin vətənpərvərlik hisslərinə və milli dəyərlərə yiyələnməsi idi.

Müsabiqədə məktəblilərin 30 yaxın müxtəlif mövzularda rəsm işləri sərgiləndi. Onların içərisindən də 3 rəsm işi seçilərək I, II və III yerə layiq görüldü. Müsabiqədə yer tutan məktəblilər rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırıldı. Zəngilan rayon 33 №-li tam orta məktəbin şagirdi Hacızadə Sənan “Bayrağım” adlı şeiri ilə hər kəsi qürurlandırdı. Müsabiqənin sonunda Bayrağımızla bağlı video çarx nümayiş etdirildi.

Keçidlər