Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayonu təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi

10 sentyabr 2018 | 16:00

Sentyabrın 10-da Zəngilan rayon təhsil işçilərinin 2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı ənənəvi konfransı keçirildi.
Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilən konfransda rayon Təhsil şöbəsinin müdiri Nəsib  Miriyevin məruzəsi dinlənildi. 2017-2018-ci dərs ilinin yekunlarını təhlil edərkən qazanılmış uğurlardan, növbəti tədris ilində qarşıda duran vəzifələrdən danışan N.Miriyev müstəqil Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi və müdrikliyi sayəsində formalaşdığını bildirdi və ulu öndərin hər zaman təhsil sahəsinə xüsusi diqqətlə yanaşdığını nəzərə çatdırdı. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına göstərilən qayğıdan danışan Təhsil şöbəsinin müdiri, həmçinin  rayonumuzda RİH başçısı Ramiz Həsənov tərəfindən əlverişli təlim mühitinin yaradılması istiqamətində çox mühüm işlərin görüldüyünü qeyd etdi.
Konfrans iştirakçılarını və qonaqları salamlayan RİH başçısı Ramiz Həsənov qarşıdan gələn yeni dərs ili münasibətilə təhsil işçilərini təbrik etdi və onlara uğurlar arzuladı.  Bir sıra digər həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək, yeni dərs ilində rayonun təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırdı.
Konfransın sonunda gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə, pedaqoji fəaliyyətində qazandığı uğurlara və keçirilən tədbirlərdə fəal iştiraklarına görə 29 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ayna Zeynalova, 11 nömrəli tam orta məktəbin müəllimi Diləfruz Baxşəliyeva,  1 nömrəli tam orta məktəbin müəllimi Aliyə Həsənova, 33 nömrəli tam orta məktəbin müəllimi Ruhiyyə Quliyeva, 4 nömrəli tam orta məktəbin müəllimi Nabat Fərmanova Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olundular.

Keçidlər