Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon 4 saylı ümumi orta məktəbində Cumhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

25 may 2018 | 16:00

Zəngilan rayon 4 saylı ümumi orta məktəbində Cumhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət himninin və Cumhuriyyət himninin səsləndirilməsi ilə başlandı. Sonra çıxış edən məktəbin direktoru Xaməmməd Xaməmmədov Azərbaycanın müstəqillik tarixindən qısa məlumat verərək bildirdi ki, bu günkü sabitlik və demokratik vəziyyətdə yaşamağımız, müstəqilliyimizi qeyd edə bilməyimiz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin və onun layiqli davamçısı cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində mümkündür.
Sonra şagirdlərin ifasında şer, mahnı və rəqslər təqdim olundu. Cümhuriyyət tarixinə, doğma Azərbaycanımıza həsr olunmuş mahnı və şerlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı

 

Keçidlər