Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti yubiley qeyd edildi

02 may 2018 | 16:00

02 may 2018-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətində işinə bağlılığı, bacarığı, vicdanlı xidməti ilə kollektivin və rayon ictimaiyyətinin dərin hörmətini qazanmış, Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Maya Bağırovanın 60 illik yubileyi qeyd olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Maya xanımın əmək fəaliyyətini yüksək qiymətləndirərək yubileyi münasibətilə təbrik etdi və ona uzun ömür, can sağlığı arzuladı. Yubiliyara gül dəstəsi və hədiyyə təqdim edildi.
Təbriklərə qoşulan Rayon İcra Hakimiyyətinin məsul işçiləri Maya xanıma ən səmimi arzularını bildirdilər, onun müsbət mənəvi keyfiyyətlərindən, xidmətlərindən  söz  açdılar.
Tədbirin sonunda yubiliyar rayon rəhbərliyinə ziyalılara, dövlət qulluqçularına göstərilən diqqət və qayğıya, yubileylərin, əlamətdar günlərin və digər tədbirlərin yüksək səviyyədə qeyd olunduğuna görə dərin minnətdarlığını  bildirdi.

Keçidlər