Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Zəngilan rayonunu işğal etməsindən 24 il ötür

28 oktyabr 2017 | 16:00

Doğma Zəngilanın erməni silahlı birləşmələri tərəfindən işğalının 24-cü ildönümü ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətininin təşkilatçılığı ilə RİH başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti paytaxtın Şəhidlər Xiyabanına gedərək, doğma torpaqlarımız, o cümlədən Zəngilan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarlarını tər gül dəstələri ilə ziyarət etdilər.
Anım mərasimində şəhidlərin ruhuna dualar oxundu, onların məzarı önünə gül dəstələri qoyuldu. Ziyarətə gələnlərin, rayon ictimaiyyətinin qarşısında çıxış edən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, 1993-cü il oktyabrın 28-dən 29-na keçən gecə işğalçı ermənilər Zəngilan rayonunu zəbt etdi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. 4 gün ərzində Zəngilan rayonunun əhalisi vuruşaraq 250-yə yaxın şəhid verib. Rayonun 44 sakini itkin düşüb və onların taleyindən bugünədək xəbər yoxdur.
Azərbaycanımızın ayrılmaz guşəsi olan Zəngilanın erməni hərbi birləşmələri tərəfindən işğal olunması rayonun 33 mindən çox əhalisinin doğma yurdlarından didərgin düşməsinə səbəb olmuşdur. Ağrılı olsa da, biz hər il oktyabr ayının 29-da doğma torpaqlara sonsuz sevgi və bağlılıq hissimizlə bir araya gəlirik. Hər il anım mərasiminə qatılan zəngilanlıların sayı artır. Bu o deməkdir ki, getdikcə insanlarda Vətənə, elə-obaya məhəbbət, doğma yurda qayıdış hissi daha da alovlanır.

Keçidlər