Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Sabirabad rayonunda yaşayan zəngilanlı məcburi köçkünlər ilə görüşdü

10 oktyabr 2017 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu oktyabr ayının 10-da Sabirabad rayonu, Rüstəmli kənd məcburi köçkün qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə keçirildi.
Qəbul zamanı Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bir sıra tədbirlər barədə məlumat verən Rayon İcra Hakimiyyəti başçısı qeyd etdi ki, dünya iqtisadiyyatında böhran yaşandığı bir zamanda ölkəmizdə sosial -iqtisadi inkişaf davam edir, prezidentin sərəncamı ilə əmək haqları, müavinətlər, təqaüdlər artırılıb, aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilir. Yaranmış yeni iqtisadi şəraitdə sahibkarlığı daha da genişləndirmək, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülür, daxili bazarın, yerli istehsalın qorunması istiqamətində işlər aparılır.
Daha sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə çıxışları dinlədi.
Rayon sakinlərindən Rəhimov Ramiz əziz oğlu yoldaşının vəfat etdiyini bildirərək məzar daşının hazırlanması üçün ona köməklik  olunmasını xahiş etdi.
Maddi durumları aşağı olduğuna görə rayon rəhbərliyindən köməklik göstərilməsini xahiş edən  Məhərrəmova Şükufə Adıgözəl qızına  maddi yardım edildi.
Burada məskunlaşan sakinlər yaşadıqları ərazinin məişət  qazı ilə təmin olunmasını xahiş etdilər. 
Problemləri diqqətlə dinləyən rayon rəıhbərinin göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciətlərin bir çoxu yerindəcə həll edildi, digərlərinin isə aidiyyəti idarələrlə əlaqə saxlanılaraq müsbət həlli üçün bütün mümkün tədbirlərin görüləcəyi bildirildi.

Keçidlər