Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Müstəqilliyi Günü qeyd olundu

18 oktyabr 2017 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Regional Mədəniyyət və turizm idarəsinin Zəngilan rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul işçiləri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Zəngilan rayon Bartaz kənd uşaq musiqi məktəbinin xor ansamblının ifasında Dövlət Himninin sədaları ilə açıq elan edilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov çıxış edərək müstəqil Azərbaycan dövlətinin möhkəm əsaslar üzərində qurulmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Ümumilli Liderin layiqli davamçısı cənab prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada əldə etdiyi yüksək nəailiyyətlərdən bəhs etdi.
Daha sonra tədbir bir-birindən maraqlı musiqi kompozisiyaları və bayram konserti ilə davam etdirildi.

Keçidlər