Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun - Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu

23 iyun 2017 | 16:00

İyun ayının 23-də Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında RİH başçısı, aparatın məsul işçiləri və rayonun digər qurumlarında çalışan dövlət qulluqçularının iştirakı ilə Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov açaraq dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı. Ramiz Həsənov bildirdi ki, Azərbaycanda dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının daim diqqətindədir.
Rayon rəhbəri  Azərbaycan Respublikasının Prezidentinin 21 iyun 2017-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə  “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə Mincivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Ramilə Vəliyevanı təbrik etdi.
Daha sonra  aparatın məsul işçiləri,  rayonun dövlət qulluqçuları çıxış edərək peşə bayramı münasibəti ilə həmkarlarını təbrik etdilər və onlara bu şərəfli yolda uğurlar arzuladılar. Ölkə başçısına dövlət qulluqçularına göstərilən xüsusi diqqətə görə minnətdarlıqlarını  bildirdilər. Sonda dövlət qulluqçuları çay-şirniyyat süfrəsinə dəvət olundular.

Keçidlər